Modern.az

Bakı bulvarına tutuquşular köç edib - Video

Bakı bulvarına tutuquşular köç edib - Video

25 Dekabr 2016, 00:01

Bakı bulvarına tutuquşular köç edib. Modern.az saytı xəbər verir ki, “Xəzər TV”nin məlumatına görə, qəfəsdə görməyə alışdığımız tutuquşular indi təbiət qoynunda yaşayır.

Tutuquşular bir müddət əvvəl hardansa bura gəlib. Özü də nə az nə çox, sayları 30-a yaxındır.

 

Bulvar idarəsinin əməkdaşlari əvvəl elə biliblər ki, tutuquşular nə vaxtsa çixib gedəcək, amma belə olmayib. Tutuquşular hələ də bulvardakı ağaclarda yaşayır və heç yerə getmirlər.

 

Tutuquşular həm görünüşü, həm də çıxardıqları səslərlə bulvara başqa ahəng gətiriblər.

 

Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev deyir ki,  gələcəkdə tutuquşuların sayı çoxalarsa quş yuvalarının sayını artıracaqlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər