26 dekabr tarixi Qara dənizdə 93 nəfəri daşıyan "Tu-154" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyada matəm günü elan olunub. Modern.az saytının məlumatına görə, bunu ötən gün Rusiya prezident Vladimir Putin elan edib.
"Sabah Rusiyada ümummilli matəm günü elan olunacaq", - deyə o jurnalistlərə bildirib.
Prezidentin matəm günü ilə bağlı fərmanı da dərc olunub.
"Mədəniyyət müəssisələrinə və teleradio şirkətlərinə matəm günündə əyləncəli tədbirlər və verilişləri ləğv etmələri təklif olunsun", - deyə fərmanda xüsusilə qeyd olunur.
Modern.az