Modern.az

İŞİD-in yandırdığı əsgərlərdən biri kürd olub

İŞİD-in yandırdığı əsgərlərdən biri kürd olub

27 Dekabr 2016, 11:07

İŞİD qruplaşmasının ötən həftə yandıraraq edam etdiyi Türkiyə hərbçilərindən birinin İğdırdan olan kürd əsilli Səfət Taş olduğu üzə çıxıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ilin sentybarında Suriya-Türkiyə sərhəddində tutulan Taş HDP-nin həbsdə olan lideri Səlahəddin Dəmirtaşı, Suriya kürdlərinin lideri Saleh Müslimi və Kürd İşçi Partiyasının lideri Abdullah Öcalandan yardım istəyir. Edam videosunda isə Taş Türkiyə sərhədlərini qoruduğu halda, prezident Rəcəb Tayyip Ərdoğanın onu azad etməyə çalışmadığına etiraz edir.

 

Qeyd olunur ki, edamı gerçəkləşdirən şəxslər də əslən türk mənşəlidir.   

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər