Modern.az

Bakıdakı partlayışda xəsarət alan yoxdur - RƏSMİ

Bakıdakı partlayışda xəsarət alan yoxdur - RƏSMİ

27 Dekabr 2016, 11:25

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağdakı partlayışla bağlı daha bir məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhəbri Oqtay Bayramov Modern.az-a deyib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

“Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

 

Qurum rəsmisi bildirib ki, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər