Modern.az

Biləsuvarda çobanı öldürən qadın tutuldu

Biləsuvarda çobanı öldürən qadın tutuldu

Aktual

27 Dekabr 2016, 11:45

Dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər