Modern.az

Terrorçunun kəməri partlamadı, kütlə ona divan tutdu

Terrorçunun kəməri partlamadı, kütlə ona divan tutdu

27 Dekabr 2016, 13:13

Nigeriyada kütlə özünü partlatmaq istəyən, lakin “şəhid kəməri” işə düşməyən terrorçunu özləri mühakimə ediblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Mayduquri şəhərinin mərkəzi dairəsində qeydə alınıb.


İki terrorçu heyvan bazarına hücum planlaşdırıb. Onlardan biri partlayıcı qurğunu işə sala bilib. İkincinin isə kəməri işə düşməyib. Bunu görən qəzəblənmiş kütlə onu ölənə qədər döyüb. 

Partlayış zamanı ölənlərin olub-olmadığı haqda məlumat verilmir. Bu heücuma görə heç bir qruplaşma məsuliyyəti boynuna götürməyib. 



Güc strukturları isə partlayışı “Boko Xaram” islamçı qruplaşmasının təşkil etdiyini ehtimal edir. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər