Modern.az

Bakıda mədrəsələr açılacaq

Bakıda mədrəsələr açılacaq

Aktual

27 Dekabr 2016, 14:42

Azərbaycanda yeni mədrəsələr Bakıda və regionlarda açılacaq.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Komitə sədri  bildirib ki, 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur.

 

“Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini Komitə ilə birgə hazırlanacaq”.

 

M.Qurbanlı həmçinin qeyd edib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil almış şəxslər olacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər