Milli Məclisin payız sessiyasının son pelanar iclası 30 dekabr tarixində keçiriləcək. Parlamentin bu iclasının gündəliyinə 25 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulub. Bunlardan biri də “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdir.
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna hansı dəyişiklik ediləcək?
Məsələ ilə bağlı Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə açıqlama verib.
Deputat “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna cəmi bir dəyişikliyin ediləcəyini bildirib.
“Bu qanunun “Lisenziyalar haqqında” qanuna uyğunlaşdırılması üçün dəyişiklik ediləcək. Qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi.
Amma yeni dəyişikliyə əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq”.
Mirmahmud KAZIMOĞLU