Modern.az

Rusiya Avropa Birliyini daxildən dağıtmağa çalışır

Rusiya Avropa Birliyini daxildən dağıtmağa çalışır

27 Dekabr 2016, 15:56

Bolqarıstan prezidenti Rosen Plevneliyev Rusiyanın Avropa Birliyini daxildən dağıtmağa çalışdığını deyib. Modern.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Allgemeinen Zeitung” qəzetinə müsahibəsində deyib.

 

Plevneliyevin sözlərinə görə, ultramillətçi partiyaların maliyyələşdirilməsi və Avropa dəyərlərini gözdən salmağa yönələn məqalələri KİV vasitəsilə tirajlamağa çalışır.

 

“Rusiya SSRİ-nin məqsədlərini öz qarşısına da qoyub. Demokratik dəyərlərin pozulması və hüququn aliliyinin şübhə altına alınması onların əsas məqsədidir”.

 

Xatırladaq ki, Rosen Plevneliyevin səlahiyyət müddəti 2017-ci ilin yanvarında başa çatır.  

 

 

Vüqar İSMAYILOV  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər