Modern.az

Bakıda qaz kəmərindəki yanğın söndürüldü 

 Bakıda qaz kəmərindəki yanğın söndürüldü 

27 Dekabr 2016, 15:56

Qaradağda baş verən partlayışdan sonra başlanan yanğın tam söndürülüb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər