Modern.az

İraqda jurnalist qadın qaçırılıb

İraqda jurnalist qadın qaçırılıb

27 Dekabr 2016, 16:43

Naməlum silahlı şəxslər İraqın paytaxtı Bağdadda jurnalist qadını evindən qaçırıblar.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər özlərini təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edərək Afra Şauki Hammudinin mənzilinə soxulublar.

 

Onlar jurnalistin oğlunun əl-qolunu bağlayıb, mobil telefonları, kömpüteri və pul götürüb Afranı da özləri ilə qaçırıblar.

Məlumatda qeyd edilir ki, 43 yaşlı Hammudi ərəb dilində çap olunan “Aş-Şark əl-Ausat” beynəlxalq qəzetində işləyir, eləcə də bir sıra xəbər portalları ilə əməkdaşlıq edirdi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər