Modern.az

Hakimin avtomobili qəza törətdi

Hakimin avtomobili qəza törətdi

27 Dekabr 2016, 20:51

Şəhərin mərkəzində qorxu yaşadan avtomobil qəzası baş verib. Modern.az saytı xəbər verir ki, Avtosfer.az-ın məlumata görə, avtomobil qəzası Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib. "Nissan" markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb. Şahidlər bildirirlər ki, avtomobil işıqfora dəyməsəydi, qəza tələfatla nəticələnə bilərdi. Qəza nəticəsində biri kişi, biri qadın olmaqla iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə dərhal yol polisi cəlb olunub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib. Qəzaya düşən hakimin kimliyi barədə məlumat verilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər