Modern.az

Qadın təyyarənin tualetində intihara cəhd etdi

Qadın təyyarənin tualetində intihara cəhd etdi

28 Dekabr 2016, 11:03

Frankfurtdan Çenduya uçan təyyarə Moskvanın Şeremetyovo hava limanında təcili eniş edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təyyarənin ayaq yolunda özünü asmağa cəhd etməsi olub.

36 yaşlı Braziliya vətəndaşı olan qadın Moskva şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Huşsuz vəziyyətdə xəstəxanaya aparılan Sofiya S.nin həyatına hansı səbəbdən qəsd etmək istədiyi məlum deyil.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi