Modern.az

Deputat seçicilərin problemlərini dinlədi - FOTOLAR

Deputat seçicilərin problemlərini dinlədi - FOTOLAR

28 Dekabr 2016, 12:16

Quba rayonunundan millət vəkili seçilmiş Vahid Əhmədov yeni il öncəsi rayonda seçicilərinin yanında olub.

Görüşə və qəbula gəlmiş seciçiləri ilə göüşən millət vəkili keçən müddət ərzində Milli Məclisdəki fəaliyyəti barədə onları məlumatlandırıb, görüş iştirakcılarının çoxsaylı suallarına hərtərəfli cavablar verib.


Son zamanlar qazın və işiğin qiymətindəki dəyişikliklər, banklara kreditlərin qaytarılmasındakı çətinliklər, iş yerlərinin olmaması, evlərin tikintisi və təmiri ilə bağlı inşaat materialları ilə yerli icra orqanları tərəfindən əhaliyə kömək olunmaması, havaların kəskin soyuması ilə bağlı bir çox sahələrdə yaranmış çətinliklər əsas müzakirə mövzusu olub. Hər bir məsələ ilə bağlı iştirakçılara ətraflı cavablar verilib, ölkə rəhbərliyi tərəfindən görülən işlər barədə seçicilər məlumatlandırılıb.


Görüşdən sonra qəbula yazılmış 106 nəfər Quba və qonşu rayon sakinləri deputat tərəfindən təkbətək qəbul edilib. Qəbul zamanı qaldırılan bütün məsələlər qeydiyyata alın;b, bəziləri yerindəcə araşdırılaraq tədbirlər görülüb.Qəbulun nəticələri və əhalini narahat edən bütün problemlər barəsində deputatın tapşırığı əsasında köməkçi tərəfındən əksər rayon təşkilatlarına məlumatlar verilib. 

Növbəti qəbul yanvar ayına planlaşdırılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər