Bu yaxınlarda Mirhəsən Seyidov yenidən " İrəli” İctimai Birliyinin sədri seçildi.
Mirhəsən Seyidov Modern.az-a açıqlamasında “İrəli”nin gələn il üçün planlarını açıqlayıb.
“İrəli” İctimai Birliyi hər bir fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək, gənclərdə müasir düşüncə tərzini formalaşdırmaq, bütün sferalarda gənclərin təmsil olunmasını təmin etmək, onların ölkəmiz üçün layiqli vətəndaş kimi yetişdirmək, Azərbaycançılıq, dövlətçilik dəyərlərini qorumaq, beynəlxalq platformalarda ölkə maraqlarını qoruyaraq rəqabətə davamlı gənclik yetişdirmək, ölkəmizin mədəni və tarixi irsini təbliğ etmək.
Ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İrəli”nin rolu olduğunu qeyd etmək mümkündür.
Növbəti il üçün dəyişdirilmiş struktura əsasən fəaliyyətini davam etdirəcək olan “İrəli”nin əsas hədəfləri bu olacaq: üzvlərlə iş sayəsində daha dərin, genişmiqyaslı layihələrin, tədbirlərin həyata keçirilməsi, region gənclərinin cəlb olunması və beynəlxalq arenada haqq səsimizin duyurulması.
2017-ci il üçün hazırlanan strateji planlarda Bakı 2017 İslam Həmrəyliyi Oyunları, növbəti dəfə baş tutacaq Formula 1 Avropa Qran Prisi zamanı töhfə vermək nəzərdə tutulan məsələlərdəndir”.
Qafar Ağayev