Modern.az

YAP-ın İdarə Heyəti TOPLANDI

YAP-ın İdarə Heyəti TOPLANDI

28 Dekabr 2016, 17:02

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, 2016-cı il ərzində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

YAP İdarə Heyətinin iclasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər, o cümlədən keçiriləcək konfransın mövzusu ilə bağlı müzakirə aparılıb.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında növbəti konfransların keçirilməsi barədə qərar qəbul edilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər