Modern.az

Ağdaşda şöbə rəisi qətlə yetirilib

Ağdaşda şöbə rəisi qətlə yetirilib

28 Dekabr 2016, 23:08

Ağdaş rayonunda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.

Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayev kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.  Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları  silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.  

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər