Modern.az

Şəhriyar Məmmədyarov 4-cü oldu

Şəhriyar Məmmədyarov 4-cü oldu

29 Dekabr 2016, 00:12

Qatarın paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, 15 turdan ibarət olan mötəbər yarışda Azərbaycan 5 zəka sahibi ilə təmsil olunub. Şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Son tura qədər mükafatçılar sırasına düşmək şansını saxlayan “Şah” həlledici matçda Maqnus Karlsenə məğlub olub.

 

Bu isə təmsilçimizin 10 xalla 4-cü olması ilə nəticələnib.

 

Dünya çempionu isə ukraynalı Vasili İvançuk olub. İkinci yeri rus Aleksandr Qrişuk, üçüncülüyü isə Maqnus Karlsen qazanıb. Mükafatçıların hər biri 11 xal toplasa da, sıralama əlavə əmsallara görə formalaşıb.

 

Qeyd edək ki, çempionatdakı digər təmsilçilərimiz, Rauf Məmmədov 8.5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub. Mundialda isə ümumilikdə 106 şahmatçı mübarizə aparıb.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər