Dobromed Hospitalın oftalmoloq-cərrahı Anar Abdullayev Antalyada keçirilən Türk Oftalmologiya Dərnəyinin 50-ci Beynəlxalq Konqresində iştirak edib.
Modern.az xəbər verir ki, konqresdə, eyni zamanda Türkiyə, Şimali Kipr, Türkmənistan, Qazaxstan, Özbəkistan, Qırğızıstandan oftalmoloqlar iştirak ediblər. Göz xəstəlikləri ilə bağlı bir-birindən maraqlı müzakirələrin aparıldığı konqresdə doktor Anar Abdullayev “Süd vəzi xərçənginin gözün damarlı qişasına metastazla bağlı tor qişa qopması” mövzusunda məruzə edib. Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Modern.az