ABŞ prezidenti Donald Tramp inaquriya mərasimindəki nitqini şəxsən yazacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq siyasətçi çıxışının strukturun qurmaqla məşğuldur.
Yerli medianın məlumatına görə, 2017-ci ilin 20 yanvarında baş tutacaq inaqurasiya mərasimində Tramp Ronald Reyqan və Con Kennedinin üslubuna yaxın tərzdə çıxış edəcək. Bu işdə ona məsləhətçisi Stiven Miller yardımçı olacaq.
Gözlənilir ki, Trampın prezident kimi milk çıxışı təhsil və səhiyyə sferalarındakı problemlərə, həmçinin ölkə sərhədlərinin möhkəmləndirilməsinə həsr olunacaq.
Vüqar İsmayılov