Modern.az

Nazir müavini: “Vergi Məcəlləsində 201 dəyişiklik aparılıb”

Nazir müavini: “Vergi Məcəlləsində 201 dəyişiklik aparılıb”

29 Dekabr 2016, 11:25

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərə əsas verir.

 

Modern.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. O qeyd edib ki, bütövlükdə Vergi Məcəlləsində 201 dəyişiklik aparılıb:

“Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddəyə isə dəyişiklik edilib. 3 maddə ləğv olunub. Edilmiş dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır”.

Nazir müvaini bildirib ki, Prezidentin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən hazırlanmış əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. 


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi