Modern.az

DİN “Azərsu”yun şöbə rəisinin ölümü barədə məlumat yaydı

DİN “Azərsu”yun şöbə rəisinin ölümü barədə məlumat yaydı

29 Dekabr 2016, 12:08

Dekabrın 28-də Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılıb.
Məlum olub ki, bu, 1978-ci il təvəəllüdlü Ağdaş şəhər sakini, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisidir.
 
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllər məhkum olunmuş Pərviz İsmayılov tutulub. Ondan "Makarov" markalı tapança götürülüb.

Trend-in məlumatına görə, Ağdaş şəhər sakini, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu həmin rayonda yaşayan qadınla qeyri-rəsmi münasibətdə olub. Qadının qohumu olan Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu bu məsələdən xəbər tutub və E.Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə P.İsmayılov qanunsuz yolla "Makarov" tipli tapança əldə edib və E.Babayevi kafeyə dəvət edib. Kafedə P.İsmayılovla E.Babayev arasında mübahisə yaranıb və nəticədə P.İsmayılov tapançadan 3 dəfə atəş açaraq E.Babayevi qətlə yetirib və hadisə yerindən qaçıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi