Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Enriko Apriamov ağır xəsarət alıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant təmas xəttinə gedərkən xidməti maşını yol qəzasına düşüb.
“Bu gün səhər Baş Qərargah rəisinin müavini Enrike Apriamovun olduğu avtomobil yol qəzasına düşüb. Nəticədə o və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb”-deyə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Yaralılar klinik hospitala aparılıb.
Vüqar İSMAYILOV