Modern.az

Etibar Məmmədov Aslan İsmayılova cavab vermək istəmədi

Etibar Məmmədov Aslan İsmayılova cavab vermək istəmədi

29 Dekabr 2016, 13:54

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov “Gününsəsi”nə açıqlamasında ölkədəki problemi iqtisadi vəziyyətə münasibət bildirib. O, çıxış yolunu yeni hökumətin qurulmasında və islahatların aparılmasında görüb.

 

AMİP liderinin dediklərinə hüquqşünas Aslan İsmayılov sərt reaksiya verib.

 

“Azərbaycanın bu günkü duruma düşməsində əvəzsiz rolu olanlar dirilirlər. Artıq Etibar Məmmədov da islahatdan danışır”.

 

Modern.az saytı hüquqşünasın fikirlərinə Etibar Məmmədovdan münasibət öyrənməyə çalışıb. AMİP liderinin cavabı isə belə olub.

 

“Dediklərimə kiminsə şərh verməsinə ehtiyac yoxdur. Sosial şəbəkələri nə izləyirəm, nə də maraqlanıram.

 

Sosial şəbəkələrdə yoxam. Orada yazılanları oxumuram. Ona görə də kimlərinsə dediklərinə cavab vermək fikrim yoxdur. Haqqımda nə yazılırsa, şərh vermək iqtidarında deyiləm”.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi