Ağdam icra başçısı Raqub Məmmədov cəbhədə yaranan gərginliklə bağlı Modern.az-a açıqlama verib.
O, hazırda rayonda vəziyyətin stabil olduğunu bildirib. Ermənilərin atdığı mərmi nəticəsində Əhmədağalı kənd sakini Mətləb Əliyevə məxsus evin yanmasına gəlincə, icra başçısı bu xəbəri təkzib edib:
“Həmin evdə axşam saatlarında qısaqapanma nəticəsində yanğın baş verib. 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb”.
Gülşən RAUFQIZI