Modern.az

Ələtdə vaqonda yanğın olub

Ələtdə vaqonda yanğın olub

29 Dekabr 2016, 22:04

Bakı şəhəri, Qaradağ rayonunda Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus vaqonunda yanğın baş verib. Modern.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus ümumi sahəsi 54 m2 olan xidməti vaqonun tavanı, divarının taxta və şüşə pambıqdan ibarət üzlüyü 12 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi