Modern.az

İstanbulu qana boyayan terrorçu Santa Klaus geyimində olmayıb

İstanbulu qana boyayan terrorçu Santa Klaus geyimində olmayıb

1 Yanvar 2017, 21:42

Ukrayna vətəndaşı Natalya Volnova İstanbuldakı gecə klubunda baş verən qətliamın şahidi olub. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə,  o, gördükləri barədə alman nəşri “Bild”ə danışıb.

Volnovanın sözlərinə görə, o tam təsadüf nəticəsində sağ qalıb. Natalya “Reina” klubundakı gecəyə Türkiyə neft şirkətindəki həmkarları ilə birgə qatılıbmış. O, Ukraynadan İstanbula məhz həmin gecədə iştirak etmək üçün gəlibmiş.

 

Onun sözlərinə görə, gecənin ən qızğın vaxtında zalda atışma səsləri eşidilib və əksəriyyət dərhal döşəməyə çöküb: “Biz masaların altında gizlənmişdik. Və birdən mən terrorçunu gördüm-arxadan. Onun əlində avtomat vardı. O hər kim idisə heç nədən qorxmurdu”.

 

Hadisə vaxtı Volnovanın həmkarlarından biri həlak olub. O özünün sağ qalmasını möcüzə sayır.

 

Qadın ona yardım göstərən türk polis əməkdaşına təşəkkürünü bildirib. Deyib ki, həmin polis ona masanın altından və klubdan çıxmaqda köməklik göstərib.

 

Volnova cinayətkarın Santa Klaus geyimində olduğu barədə KİV-də yazılanları təkzib edib. "Mənim klubda gördüyüm adam başdan-ayağa qara geyimdə idi”, - deyə o vurğulayıb.

 

Yeri gəlmişkən, terrorçunun Santa Klaus geyimində olmadığını ondan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım da bəyan etmişdi. Baş nazir bildirmişdi ki, terrorçuya Santa Klaus paltarını “geyindiriblər”, yəni uydurublar.

 

Xatırladaq ki, Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 40 nəfər ölüb, 68 nəfər yaralanıb.

 

Terrorçu isə gizlənməyi bacarıb, onun axtarışları davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?