"Bank Respublika"ya yeni sədr təyin olunub. Modern.az xəbər verir ki, 3 yanvar 2017-ci il tarixində bankın Müşahidə Şurasının növbədənkənar iclası keçirlib. İclasda qəbul edilən qərara əsasən, İdarə Heyətinin sədri Xədicə Həsənova fəaliyyətini bankın Müşahidə Şurasında davam etdirəcək.
Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub.