Biləsuvar rayonundakı məcburi köçkün qəsəbələrində məskunlaşmış cəbrayıllılar (ağsaqqal və ağbirçəklər - 127 nəfər) 22 dekabr 2016-cı il tarixində məlum etiraz zamanı həbs olunanların azadlığa buraxılmaları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Modern.az-ın məlumatına görə, məcburi köçkünlər ölkə başçısından kömək istəyiblər.
“Möhtərəm, cənab Prezident!
Sizi, Cəbrayıl rayonunun ağsaqqalları adından səmimi qəlbdən salamlayırıq, Sizə tutduğunuz çox çətin və özü qədər də şərəfli dövlət vəzifəsində uğurlar arzulayırıq.
Cəbrayıl rayonunun ağsaqqal və ağbirçəkləri bildirirlər ki, 2003-cü ildə Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyini su basması ilə əlaqədar həmin gecə ulu öndər Heydər Əliyev şəxsən bizimlə birgə olub. Birbaşa onun göstərişi nəticəsində heç bir layihə olmadan 6 qəsəbənin tikilməsinə sərəncam verilib.
2007-ci ildə Sizin sərəncamınız əsasında əlavə olaraq 5 qəsəbənin tikintisi başa çatdırılıb. Bütün çadır şəhərcikləri ləğv edilib, yeni qəsəbələrdə 20 minə yaxın köçkün yerləşdirilib.
Əvvəlki illərin soyuq qış aylarında qəsəbə sakinləri evlərin qızdırılması üçün neft yanacağı ilə təmin olunurdu. 2015-ci ildən etibarən neftin verilməsi dayandırıldı və bütün yük elektrik enerjisinin üzərinə düşməyə başladı.
2016-cı ilin dekabrında işıqların hər gün saatlarla söndürülməsi, 22 dekabr da isə işıqların ümumiyyətlə yandırılmaması əhalidə narazılıq doğurdu.
Əvvəlki illərə nisbətdə bu qışın daha sərt keçməsi və yalnız elektrik enerjisindən istifadə bizlərə ayrılan limiti aşmağa gətirib çıxardı. Evlərdə yaşlılarımız, körpələrimiz, xəstələrimiz işıqların söndürülməsi, fasilələrlə verilməsi səbəbindən çətin duruma düşdülər.
Qaz, odun, neftimiz olmadığından ancaq elektrik enerjisindən istifadə edirik.
22 dekabr 2016-cı il tarixində elektrik enerjisinə borcun yaranmasına görə evlərə verilən işığın tamamən kəsilməsi səbəbindən sakinlər Cəbrayıl rayon İcra Hakimiyyətinin binası qarşısına toplandılar.
Ancaq polis işçiləri camaata öz sözünü dinc şəkildə çatdırmağa imkan vermədilər",-deyə müraciəti imzalayanlar bildiriblər.
Ağsaqqal və ağbirçəklər qeyd ediblər ki, sözügedən aksiya dinc etiraz toplantısı idi, amma kimlərsə aranı qarışdırmağa səy göstərib
"İnsanların məqsədi icra orqanı ilə problemi müzakirə etmək, çözüm yolu tapmaq idi. Lakin dinc toplantı kənar müdaxilələr nəticəsində qarşıdurmaya çevrildi. Nəticədə qeyri-qanuni hərəkətlərə yol verildi, ağsaqqaların icra başçısı ilə görüşünə əngəllər yaradıldı.
Hadisə ilə əlaqədar 5 nəfər - Alməmmədov Gülağa Vəli oğlu (Qarabağ əlili), Quliyev CalalƏdil oğlu (vərəm xəstəsi), İsgəndərov İlkin Fizuli oğlu (yeni ailə qurub). Fehruzlu Zaur Tərbiz oğlu (yeni ailə qurub), Quliyev Ülvü Məhəmməd oğlu (yeni ailə qurub) həbs olunub.
Cənab prezident!
Cəbrayıllılar tarix boyu dövlətə, dövlətçiliyə sadiq olub. Ulu öndər Heydər Əliyevə və şəxsən Sizə arxalanıb və həmişə Sizinlə birgə olduğunu sübut edib və bundan sonra da sizinlə birgə addımlayacağıq.
Möhtərəm Prezident!
Siz həmişə məcburi köçkünlərin yanında olduğunuzu bəyan etmisiniz və humanist olduğunuzu bütün dünyaya sübut etmisiniz.
Cəbrayıl rayon ağsaqqalları və ağbirçəkləri inanır ki, Siz həmin o günahsız cavanların əziyyət çəkməsinə imkan verməyəcəksiniz. Ona görə də bütün əhalimiz adından minnətdarlığımızı bildiririk”.
Müraciəti ağsaqqal və ağbirçəklər adından 7 saylı Cəbrayıl qəsəbəsinin sakini, 193 nömrəli evdə yaşayan Ramiz Quliyev ictimailəşdirib.
Müraciəti aşağıdakı şəxslər imzalayıblar:
1.Hacıyev Təbriz Fehruz oğlu
2.Əsədova Bədura Qurban qızı
3 Bayramova Afilə Məhəmməd qızı
4.Quliyev Məhəmməd Əşrəf oğlu
5.Məmmədova Nərminə Məmmədalı qızı
6.Alməmmədova Bəxtimə İsrail qızı
7.Salahov Malik Şahmar oğlu
8.Həsənov İsib Hüseyn oğlu
9.Əliyev Həmzə Mirzəli oğlu
10. İsmayılov Zahir Allahverdi oğlu
11. Həsənov Ağalar Həsən oğlu
12. Fətəliyev Ənvər Əkbər oğlu
13. Mirzəliyev Əsəd Mirzəli oğlu
14. Seydəliyev Rəsul Səməd oğlu
15. İbrahimov Telman İzzət oğlu
16. Hüseynova Məryəm Qasım qızı
17. Muradov Tapdıq İsaxan oğlu
18. Musayeva Əntiqə Muxtar qızı
19. İsmayılova Fatma İsmayıl qızı
20. Hüseynov Fehruz Maqsud oğlu
21. Qəhrəmanov Asif Məhəmməd oğlu
22. Ələkbərov İlyas Cəmil oğlu
23. Muradov Cümşüd Oruc oğlu
24. Ataşov Şirzad Şəmil oğlu
25. Hüseynova Fatma Əlkərəm qızı
26. Məhəmmədəliyev Məhərrəm Vəli oğlu
27. Həsənov Novruz Süleyman oğlu
28. Həsənov Süleyman Şərfalı oğlu
29. Quliyev İlhamə Əhməd qızı
30. Bayramov Təranə Məhəmmd qızı
31. İsgəndərova Lalə Zeynal qızı
32. Bayramov Behbid Vaqif oğlu
33. Bayramov Məhəmməd Behbud oğlu
34. İsgəndərova Mətanət Məhəmməd qızı
35. Təhməzov Osman Famil oğlu
36. Əliyeva Könül
37. İsgəndərova İradə Əhməd qızı
38. İsgəndərova Ülviyyə Fazil qızı
39. Fərzəliyev Namiq Həsən oğlu
40. Fərhadova Vəsilə
41. Əhmədova Gülü
42. Abbasova Əzizgül
43.Ağayeva Münəvvər
44. Abbasov Eldar Şəmşir oğlu
45. İsgəndərov Elşad Xələddin oğlu
46. Bayramova Sara Məhəmməd qızı
47. İsgəndərova Elnarə Vidadi qızı
48. İsgəndərova Xələddin Məhəmməd oğlu
49. Behbudova Şəfiqə
50. İsgəndərova Təranə Rafiq qızı
51. Mehtiyeva Gülnaz Cəmil qızı
52. Fərzəliyeva İradə
53. Qurbanov Firad Əlövsət oğlu
54. İsgəndərova Yeganə Vidadi qızı
55. Bayramova Nazilə Məhəmməd qızı
56. İsgəndərov Vidadi Balaca oğlu
57. Fəzəliyev Novruz
58. Qurbanova Sarıtel
59. İsgəndərova Gülnarə Füzuli qızı
60. Bayramova Adilə Məhəmməd qızı
61. Həsənova Ulduz Süleyman qızı
62. Əsədova Fatma Əliş qızı
63. Əsədov Rauf Qurban oğlu
64. İmanov Əhliman Həmzə oğlu
65. Ataşova Durna
66. Bəbirov Əli
67. Vəliyeva Gilə
68. Həsənov Səfəralı
69. Həsənov Sədaqət
70. İmanov Namiq Oruc oğlu
71. İsmayılov Murad camal oğlu
72. Vəliyev Akif
73. Vəliyeva Bənövşə
74. Əliyeva Gülzəndə
75. Hacıyeva Dilşad Aslan qızı
76. Hacıyeva Fəridə Vaqif qızı
77. Sadıqov Binnət Bəbir oğlu
78. Seydəliyev Səfər Səməd oğlu
79. Seydəliyeva Məsimə Aslan qızı
80. Məmmədağayeva Zöhrə Hüseyn qızı
81. İmanov İlkin Allahverdi oğlu
82. Xaneliyev Müzəffər Əmir oğlu
83. Səfərova Zərif Məmiş qızı
84. Bəhrəmov Novruz Məmməd oğlu
85. Balakişiyeva Telman Baloğlan oğlu
86.Allahverdiyev Xanoğlan İbad oğlu
87. Əsədov Ələkbər Məzahim oğlu
88. Həsənova Rəfiqə Cəmil qızı
89. Musayeva Çimnaz Musa qızı
90. Məmmədbağırov Məhəmməd Xanoğlan
91. İbrahimov Hidayət Telman oğlu
92. Həsənova Suraya Hüseyn qızı
93. Nəbiyev Kərəm Mustafa ğlu
94.Məmmədov Savalan Fərəc oğlu
95. İsmayılov Soltan Oruc oğlu
96. Bəhrəmov İlqar Novruz oğlu
97. Məhərrəmova Zaman Oruc oğlu
98. İsmayılov Savalan Oruc oğlu
99. Əsədov Arif Bəkir oğlu
100. İsmayılov Qarsalan Oruc oğlu
101. Məmmədov Əziz Aslan oğlu
102. Mirkişiyev Cəlil Cavad oğlu
103. Ağakişiyev Səbuhi Məhəmməd oğlu
104. QarayevYunus İsmayıl oğlu
105. İmanov Aqil Allahverdi oğlu
106. Əlimirzəyev Taleh Adil oğlu
107. Mahmudov Zülfüqar Nüsrət oğlu
108. Hüseynov Müzəffər İsbəndiyar oğlu
109. Hüseynov Həsən Müzəffər oğlu
110. Ağakişiyev Vüqar Əmirkişi oğlu
111. Əhmədova Nərgiz Əşrəf qızı
112. Zalov Ruslan Oruc oğlu
113.Seydəliyev İlqar Səməd oğlu
114. Əbilov Hafiz Əli oğlu
115. Mahmudov Polad Məhiyyəddin oğlu
116. İbrahimov İnşallah vaqif oğlu
117. Əliyev Əhməd Məmməd oğlu
118. Vəliyeva Güllü Həsən qızı
119. Orucov Ələddin Qurban oğlu
120. Balacayev Elşad Sirac oğlu
121. Qarayev Adil Yunus oğlu
122. Əliyeva Sahibə Əli qızı
123. Rüstəmov Ədalət Əhməd oğlu
124. Balacayev Şahverdi Cəlil oğlu
125. İsmayılova Səmaya Yunus qızı
126. Quliyeva Zöhrab Miriş oğlu
127. Quliyev Oruc Rüstəm oğlu
Gülşən RAUFQIZI