Modern.az

Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

5 Yanvar 2017, 16:42

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Modern.az-a verilən məlumata görə, hərraca çıxarılan avtomobillərin içərisində Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.

 

Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan “BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin start qiyməti 5500 manatdır.

 

Bundan başqa, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 “UAZ-3741”, “UAZ-31519”, “Nissan Sunny” və “QAZ-33073” də var.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?