ABŞ Dövlət Departamentinin Xarici Təhlükəsizliklə bağlı Məsləhət Şurası İzmirdə baş verən terror aktından sonra Amerika vətəndaşlarına xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bəyanatda qeyd olunur ki, Türkiyədə istirahətdə olan vətəndaşlar terror aktının törədildiyi bölgədən uzaq gəzsinlər.
Qeyd edək ki, İzmir Ədliyyəsi qarşısında törədilən terror aktı nəticəsində 1-i polis, 1-i ədliyyə işçisi olmaqla 2 nəfər şəhid olub, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.
Modern.az