Modern.az

Qubada 42 yaşlı kişi özünü ASDI

Qubada 42 yaşlı kişi özünü ASDI

6 Yanvar 2017, 09:57

Quba rayonunda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişi özünü asıb.

"Report"un xəbərinə görə, hadisə rayonun 2-ci Nügədi kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Eldarov Eldar Əliməmməd oğlu yaşadığı evin həyətində özünü ağaca bağlanmış iplə asaraq intihar edib. 

E.Eldarovun uzun müddətdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?