Modern.az

Hadi Rəcəblidən ev alması xəbərinə REAKSİYA

Hadi Rəcəblidən ev alması xəbərinə REAKSİYA

Aktual

6 Yanvar 2017, 10:46

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıdakı "Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az saytının məlumatına görə, Hadi Rəcəbli bildirib ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub.

 

“2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar-başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

 

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları, sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar.

 

Və bu baş tutmadığı halda niyyətlərindən əl çəkməyərək, müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. İndi də fantaziya ona çatıb ki, guya Hadi Rəcəbliyə mənzil veriblər. Özü də Oqtay Əsədovla qonşuluqda. 

Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, Facebook səhifələrində yayılıb. Hətta etikadan kənar şərhlərlə müşayiət olunub”.

 

Aqşin Kərimov

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?