Modern.az

Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb

Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb

Aktual

6 Yanvar 2017, 11:36

Vergilər Nazirliyində növbəti struktur dəyişikliyi baş verib. Modern.az xəbər verir ki, nazirliyin Analitik-informasiya şöbəsi və İnformasiya Texnologiyaları şöbəsi ləğv edilib.

Dəyişikliyə əsasən, ləğv edilən Analitik-informasiya şöbəsinin əvəzində Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi yaradılıb. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin direktoru Mehdi Mirsəlimovdur.

Digər dəyişikliklə isə Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin əvəzində Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb. Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Baş vergi xidməti müşaviri Eyyub İbrahimovdur.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?