Modern.az

Ötən il Təhsil Nazirliyinə 220880 müraciət daxil olub

Ötən il Təhsil Nazirliyinə 220880 müraciət daxil olub

6 Yanvar 2017, 11:39

2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub. Onlardan 195573 müraciət Vətəndaşlarla iş bölməsi, 25307 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 146038 zəng qəbul edib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 49535 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib. 


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?