Bu gün ABŞ-da prezident seçkilərinin final mərhələsi baş tutacaq.
Modern.az xarici mediaya istinadən bildirir ki, Amerika Konqresi ötən il dekabrın 19-da keçirilən seçicilərin səsverməsinin nəticələrini təsdiqləyəcək.
Senat və Nümayəndələr Palatası bu gün yerli vaxtla saat 13:00-da birgə toplantı keçirəcək. Bu yığıncağa Konstitusiyaya görə Senatın prezidenti hesab olunan ABŞ-ın vitse-prezidenti Co Bayden sədrlik edəcək.
O, əlifba sırası ilə hər bir ştatın seçki sertifikatını açacaq və onları Konqresin hər iki palatasının təyin etdiyi 4 hesablayıcıya təqdim edəcək.
Bundan sonra onlar işlərini başa vuran kimi vitse-prezident səsvermənin nəticələrini rəsmən açıqlayacaq.
Bu zaman heç bir sürpriz gözlənilmir.
Konqresdə səsvermənin nəticələri açıqlanandan sonra iki həftə fasilə elan olunacaq. Yanvarın 20-də qalibin inauqurasiyası baş tutacaq.
Modern.az