Azərbaycanda İslam Həmrəylik Oyunları may ayının 12-dən 22-nə kimi keçiriləcək.
Bu barədə Modern.az-a İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, İslam Həmrəylik Oyunlarının açılış mərasimi mayın 12-si Bakı Olimpiya Stadionunda olacaq.
İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
İslam Həmrəylik Oyunlarında yarışların keçiriləcəyi idman növləri və yerləri aşağıdakılardır:
- Atletika və Para Atletika - Bakı Olimpiya Stadionu – ( Kişilər və Qadınlar)
- Su idman növləri — Suya tullanma- Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
- Su idman növləri — Üzgüçülük - Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
- Su idman növləri —Vaterpolo Arenası- (Kişilər)
- Basketbol 3x3 - Bakcell Arena- ( Kişilər və Qadınlar)
- Futbol AZA/BAY/TBS/DAL (Kişilər)
- Bədii gimnastik - Milli Gimnastika Arenası- ( Kişilər və Qadınlar)
- İdman gimnastikası - Milli Gimnastika Arenası- (Qadınlar)
- Uşu - Milli Gimnastika Arenası- (Kişilər)
- Stolüstü tennis -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
- Həndbol -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
- Cudo və görmə qabiliyyətiolmayanlar üçün cudo - Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
- Yunan-Roma güləşi - Heydər Əliyev Arenası- (Kişilər)
- Sərbəst güləş- Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
- Atıcılıq -Bakı Atıcılıq Mərkəz- ( Kişilər və Qadınlar)
- Tennis -Bakı Tennis Akademiyası- ( Kişilər və Qadınlar)
- Voleybol -Kristal Holl 1- ( Kişilər və Qadınlar)
- Boks -Kristal Holl 2- (Kişilər)
- Zorxana - Kristal Holl 2- (Kişilər)
- Karate - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
- Taekvondo - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
- Ağır atletika -Azərbaycan Ağır Atletika Akademiyası- ( Kişilər və Qadınlar)
Mirmahmud KAZIMOĞLU