2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən həlak olan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də düşmən əlindədir.
Elə həmin gün Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumatda Çingiz Qurbanovun itkin düşdüyü bildirilirdi. Daha sonra Ermənistan KİV-i Azərbaycan əsgərinin meyitini öz iyrənc şoularının iştirakçısına çevirdilər. “Azərbaycan Silahlı Qüvvələri Ermənistana hücum edib” deyərək bar-bar bağıran düşmən, əsgərimizi kazarmada çörək yediyi yerdə öldürdükdən sonra elə əlində son tikəsi ilə olan fotosunu yaymaqla “erməni qəhrəmanlığını” gözlər önünə sərdilər. Axı erməni "qəhrəmanlığı" namusa toxunmaqdan, şərəfsizlikdən, iyrənclikdən, nadanlıqdan, arxadan zərbə vurmaqdan o yana getməyib heç vaxt...
Bütün bunlar göstərir ki, erməni cəlladları hər həmlədə öz çirkin əməllərindən bir addım belə olsa geri çəkilmir. Bu isə düşmən ölkənin beynəlxalq təşkilatların qərarlarını, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini, daxil olduğu konvensiyaları kobudcasına pozduğunun sübutudur.
Heç kimə sirr deyil ki, ermənilər ta qədimdən bu yana “insan alver”i ilə məşğuldurlar. Belə olmasaydı, öz ata-baba yurdlarını ziyarətə gedən günahsız həmvətənlərimiz - Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində “məhkəmə” qurub şou göstəməzdilər. Axı Azərbaycan tərəfi əlinə düşmən keçəndə onunla “alver” etmir. Bütün qanunlara, qaydalara əməl edərək sərhədi bilərək ya bilməyərək pozan, ağ bayraq qaldırıb keçən erməniləri yedirib-içirdir, sonra da təhlükəsizliyinin təmin edilməsi şərtilə üçüncü ölkəyə, ya da elə Ermənistana təhvil verir. Bəs, ermənilərin bu dünyada olmayan birindən istədiyi nədir görəsən? Öldürməklə doymurmu bu qaniçənlər?
Hələ bir neçə il əvvəl Mübariz və Fəridin cansız bədənlərindən əl çəkmədikləri kimi görünür, Çingizdən də əl çəkmək niyyətində deyillər.
Çünki bu, ermənilərin nə ilk, nə də sonuncu məkrli oyunudur. Hələ 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək şəhid olan Mübariz İbrahimovun meyiti də xeyli vaxt sonra-noyabrın 7-də vətənə qaytarılmışdı.
2010-cu il sentyabrın 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olan Fərif Əhmədovun da meyiti uzun müddət düşmən tərəfdə qalmışdı. Çünki o, birbaşa döyüş xəttində həlak olmuşdu. Ermənilərin azğınlığı, vəhşiliyi, qəddarlığı F.Əhmədovdan da yan keçməyib. Onun meyiti düşmən tərəfindən yalnız həmin il noyabrın 6-da Azərbaycana qaytarılmışdı.
Görünür, Şəhid Çingizin də buz bağlayan cansız bədənin Vətən torpağı ilə qovuşması hələ uzun çəkəcək...
Gülşən RAUFQIZI