Modern.az

ADU-da İctimai Nəzarət Şurasının üzvləri imtahanları izlədi

ADU-da İctimai Nəzarət Şurasının üzvləri imtahanları izlədi

6 Yanvar 2017, 15:08

Yanvarın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.

İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyevin rəhbərliyi ilə keçirilən iclasda Şuranın fəaliyyət istiqamətləri müzakirə olunub.

İclasda, eyni zamanda Şuranın işini tənzimləyən sənədlərin hazırlanmasıilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin Əsasnamənin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb.

İclasdan sonra Şura üzvlərinin iştirakı ilə universitetin əsas binasında keçirilən imtahanların monitorinqi aparılıb, tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?