Modern.az

Ərdoğandan MESAJ: “Qatil sürüsünün dərsini verəcəyik”

Ərdoğandan MESAJ: “Qatil sürüsünün dərsini verəcəyik”

6 Yanvar 2017, 17:20

"Bu qatil sürüsünün dərsini verəcəyik".

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxışı zamanı bildirib.

 

Ötən gün İzmirdə törədilmiş terror aktına toxunan dövlət başçısı bildirib ki, Türkiyə bu qatil sürüsünün dərsini verəcək:

 

"Edam cəzasının bərpası" haqqında qanun parlamentdə qəbul edilsə, bu qanunu təsdiq edərəm. Bir qatili əfv etmək kimi, gühansız insanları öldürən bu alçaqları, bu terrorçuları bəsləmək kimi bir öhdəliyimiz yoxdur. İgid kimi ortaya çıxıb bizimlə mübarizə apara bilmirlər. Terror təşkilatları vasitəsilə bizi yola gətirməyə çalışırlar".

 

Ərdoğan bildirib ki, Türkiyə xalqı terrorçulara təslim olmayacaq: "Dünənə qədər bizdən İŞİD-lə niyə mübarizə aparmadığımızı soruşanlar bu gün "çox irəli getməyin" deyirlər".

 

Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?