Modern.az

Paytaxtdakı çadırlar sökülür

Paytaxtdakı çadırlar sökülür

6 Yanvar 2017, 21:05

Bakıda bayram yarmarkalarının keçirilməsi üçün quraşdırılan çadırların sökülməsinə başlanılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib:

"Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb".

Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?