Modern.az

Azərbaycandan Rusiyaya 1 milyon rubl aparanlar saxlanıldı

Azərbaycandan Rusiyaya 1 milyon rubl aparanlar saxlanıldı

Aktual

7 Yanvar 2017, 11:41

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?