Modern.az

İtkin neftçilərin axtarışı davam etdirilir

İtkin neftçilərin axtarışı davam etdirilir

7 Yanvar 2017, 12:23

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə itkin neftçilərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Modern.az xəbər verir ki, bu haqda Qərargahdan bildirilib.

Hazırda axtarış – xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir. Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər axtarış rayonlarına cəlb edilib. Sahilboyu ərazilərdə axtarış – xilasetmə tədbirləri intensiv şəkildə davam etdirilir.

Xatırladaq ki, bir müddət öncə Xəzərdə 10 neftçi itkin düşüb, onlardan 1-nin meyiti tapılıb.

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?