Modern.az

Portuqaliyanın keçmiş prezidenti vəfat edib

Portuqaliyanın keçmiş prezidenti vəfat edib

Aktual

7 Yanvar 2017, 22:59

Portuqaliyanın keçmiş prezidenti dünyasını dəyişib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Mariu Suariş 92 yaşında vəfat edib. Məlumata görə, keçmiş prezident, dekabrda dərin koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Portuqliyanın Sosialist Partiyasının qurucusu olmuş Mariu Suariş iki dəfə ölkənin baş naziri olub. Bununla yanaşı, 1986-1996-cı illərdə prezident vəzifəsinin səlahiyyətlərini icra edib.

Qeyd edək ki, Mariu Suariş dövlət başçısı vəzifəsindən getdikdən sonra, 1999-2004-cü illərdə Avropa Parlamentinin deputatı olub. Mariu Suariş 2006-cı ildə növbəti dəfə sosialistlərin prezidentliyə namizədi olsa da, seçkilərdə uduzub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?