Modern.az

Sabirabad sakini qardaşını döyən qaynının qulağını qoparıb - VİDEO

Sabirabad sakini qardaşını döyən qaynının qulağını qoparıb - VİDEO

Aktual

8 Yanvar 2017, 00:12

Sabirabad sakini qardaşını döyən qaynının qulağını dişləyərək qoparıb. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, hadisə rayonun Moranlı kəndində baş verib. Səbəb isə hazırda xəstəxanada yatan Cavad Mirzəyevin döyülməsi olub.

 

Balıq tutmaq üçün istifadə olunan tor üstündə düşən mübahisədən sonra 29 yaşlı Xəqani Mirəliyev 28 yaşlı Cavad Mirzəyevi kənara apararaq küt alətlə vurub və xəsarət yetirib. Döyülənin böyük qardaşı 31 yaşlı Camal Mirzəyev isə hadisəni törədən qaynı Xəqani Mirəliyevgilə yollanıb.

 

Camal Mirzəyev əlbəyaxa dava zamanı qaynı - Xəqani Mirəliyevin qulağını dişi ilə qoparıb. Xəqani Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?