Ötən gecə Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan iaşə obyektinin yanar konstruksiyaları və əşyaları yanıb.
Modern.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az