Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb, hadisə nəticəsində 4 nəfər ölüb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin məşhur yeri olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib.
Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib.
Modern.az