Modern.az

Qarabağ münaqişəsi kəskinləşəcək: İDDİA

Qarabağ münaqişəsi kəskinləşəcək: İDDİA

Aktual

8 Yanvar 2017, 20:16

2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi praktiki olaraq qaçılmazdır. Modern.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Yepifantsev deyib.

“Düşünürəm ki, bu praktiki olaraq qaçılmazdır. Danışıqlar heç nə ilə nəticələnməyəcək, qarşıdurmanı həll etmək mümkün olmayacaq, ATƏT-in Minsk qrupunun fəaliyyəti effektli deyil.

Ermənistan kompromissə getmək istəmir.

Azərbaycan əslində çıxılmaz vəziyyətdə olur – Bakının hərbidən başqa yolu qalmır”, - politoloq vurğulayıb.

Poltoloqun fikrincə, bununun baş verməməsi üçün münaqişə zonası Suriya, yaxud Ukrayna münaqişəsi kimi yüksək diqqət mərkəzində olmalıdır”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?