Modern.az

Bakıda iki yük avtomobili yanıb

Bakıda iki yük avtomobili yanıb

Aktual

8 Yanvar 2017, 22:45

Bakıda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, yanğın zamanı vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.

 

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?