Modern.az

Gənclər təşkilatı tələbələri ətraf mühitin qorunması barədə maarifləndirdi

Gənclər təşkilatı tələbələri ətraf mühitin qorunması barədə maarifləndirdi

Aktual

9 Yanvar 2017, 09:27

Gənclərin Tərəqqisinə Dəstək İctimai Birliyinin 2016-cı ildə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirməyə başladığı “Ətraf mühiti düşünən tələbə - dayanıqlı inkişafın təminatçısıdır” layihəsinə yekun vurulub.

Layihə çərçivəsində ölkədə fəaliyyət göstərən universitetlərin tələbələrinin yaxın gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində işləyəcəyi nəzərə alınaraq Azərbaycanda ali təhsil müəssisələrində ətraf mühit sahəsində maarifləndirmə üzrə tələbələrin potensialının gücləndirilməsinə töhvə verən fəaliyyətlər həyata keçirilib. 

Universitetlərin əksəriyyətində ətraf mühit üzrə fakültə, kafedralar mövcuddur və istər ixtisas istərsə də qeyri ixtisas fənni olaraq tədris proqramlarına mühazirələr daxil edilib. Bununla yanaşı İctimai Birliyin ekspertləri apardıqları araşdırmalar ilə belə nəticəyə gəliblər ki, bu fənnlər gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində işləyəcək tələbələrə yalnız nəzəri bilikləri verə bilir. Gənclər universitetdən məzun olub əmək fəaliyyətinə başladıqda praktiki təcrübə toplamağa uzun müddət sərf edirlər. Bu baxımdan icra olunan layihə çərçivəsində artıq tələbə olarkən onlara praktiki məşğələlər formatında seminarlar keçirilib. 

Paytaxt Bakı şəhəri və Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində ali təhsil müəssisələrində ətraf mühitin qorunması sahəsində maarifləndirmə və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə seminarlar və dəyirmi masalar təşkil edilib.

Təşkil edilmiş seminarlarda Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecement Universiteti, Qafqaz Universiteti, Kooperasiya Universiteti və digər ali təhsil müəssisələrinin 200-ə yaxın tələbəsi iştirak edib. Seminarlara ölkədə və beynəlxalq miqyasda həyata keçirilmiş ekoloji layihələrdə uzun illlər təcrübəsi olan mütəxəssislər təlimçi qismində cəlb ediliblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?